Qarabağ əhalisinə tibbi xidməti Azərbaycan tərəfi göstərir - Teymur Musayev


Qarabağda yaşayan əhalinin müayinə və müalicəsi artıq dövlətimiz tərəfindən qarşılanır.



AFN.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşü zamanı deyib.

Görüşdə Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlığa böyük önəm verildiyini diqqətə çatdırıb və ötən müddət ərzində təşkilatın Azərbaycana göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib.

"Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə səhiyyəsində həyata keçirilən köklü islahatlar nəticəsində bu sahənin yeni müasir konsepsiyalara uyğun modernləşdirilməsi, rəqəmsallaşdırma, uğurlu beynəlxalq təcrübədən istifadə, ilkin səhiyyənin və tibb təhsilinin inkişafı, uşaqların peyvəndlənməsi istiqamətlərində bir çox mühüm işlər həyata keçirilib, yeni qanunvericilik sənədləri hazırlanıb",-deyə nazir vurğulayıb.

İşğaldan azad edilmiş ərazilərdə səhiyyə sisteminin yenidən qurulmasına başlandığını deyən Teymur Musayev bildirdi: "Qarabağda yaşayan əhalinin müayinə və müalicəsi artıq dövlətimiz tərəfindən qarşılanır. Ötən ay həyata keçirilən lokal anti-terror tədbirləri nəticəsində mülki əhaliyə zərər dəyməyib, yalnız legitim hərbi infrastruktur hədəfə alınıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu