Gəncədə qadın nəvələrini İcra Hakimiyyətinin qarşısına atdı - YENİLƏNİB


TƏBİB Gəncədə küçəyə atılan uşaqlarla bağlı sorğunu cavablandırıb.


Qurumdan bildirilib ki, hazırda uşaqların vəziyyətləri stabildir: “Oktyabrın 21-i saat 12:45 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2 uşaq - 2 yaşlı Cəlilov Miryusif Həsən oğlu və 4 aylıq onun bacısı Cəlilova Mələk Həsən qızı gətirilib.

Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Pediatriya şöbəsində müalicələri davam etdirilir. Vəziyyətləri stabildir”.

***

Gəncə şəhərində iki azyaşlı küçəyə atılıb.


“Qafqazinfo” xəbər verir ki, bacı-qardaş olan 4 aylıq qız və 3 yaşlı oğlan şəhərin mərkəzində tapılaraq Gəncə şəhər Uşaq Xəstəxanasına gətirilib.

Belə ki, uşaqlar Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında aşkar edilib, bununla bağlı aidiyyəti üzrə məlumat verilib.

Məlum olub ki, yaşlı qadın (körpələrin rəsmi qəyyumu) əvvəl 3 yaşlı oğlanı, daha sonra isə 4 aylıq qız nəvəsini İcra Hakimiyyəti binasının qarşısına qoyaraq gedib.

Xəstəxanaya yerləşdirilən körpələrin vəziyyətinin normal olduğu bildirilir.

İlkin məlumata görə, uşaqların valideynləri qeyri-sağlam həyat tərzi sürdüyündən onlar nənələrinin himayəsinə verilibmiş.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu