Qəzzada internet və rabitə tamamilə kəsilib


Fələstin Telekommunikasiya Şirkəti Qəzza zolağında stasionar, mobil telefon və internet rabitə xidmətlərinin tamamilə kəsildiyini açıqlayıb.


Şirkətdən verilən açıqlamada bildirilir ki, son bir saatda şiddətli bombardman Qəzzanı xarici dünyaya bağlayan bütün beynəlxalq kanalları məhv edib.

Həmçinin qeyd edilib ki, İsrailin işğal altındakı İordan çayının qərb sahili ilə xətt, qüllə və şəbəkələri intensiv bombardman etməsi zamanı sabit xətt, simsiz və internet rabitə xidmətləri tamamilə kəsilib.

Fələstində fəaliyyət göstərən "Ooredoo" telekommunikasiya şirkəti də cümə axşamından etibarən Qəzza zolağında mobil telefon xidmətlərinin tamamilə kəsildiyini açıqlayıb.

Fələstinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mənbələrinə görə, Qəzza zolağında naməlum səbəbdən xidmətlər qəfil dayanıb.

Rəqəmsal hüquqlar, kibertəhlükəsizlik və internet idarəçiliyi ilə bağlı məlumat toplayan qlobal internet monitorinq şirkəti Netblocks sosial media platformasında paylaşdığı yazıda itkilərin müşahidə edildiyini təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu