Sumqayıtda orta aylıq əməkhaqqı 14 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Sumqayıt şəhərində orta aylıq əməkhaqqı 850 manat təşkil edib.
Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 % çoxdur.
Hesabat dövründə Sumqayıtda 1 121 yeni iş yeri açılıb.
9 ay ərzində şəhərdə ticarət dövriyyəsinin dəyəri isə 400 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 22,6 % çoxdur.