Avtomat və qumbara könüllü təhvil verilib


Profilaktik tədbirlər nəticəsində odlu silahlar və partlayıcılar könüllü təhvil verilir.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AFN.az verilən xəbərə görə, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Babək rayon sakini 1 ədəd “AK-74” markalı avtomat silahı, 131 ədəd patron və 4 ədəd patron darağını könüllü olaraq Naxçıvan Şəhər Polis İdarəsinə, Şəmkir rayon sakini olan iki nəfər isə qanunsuz saxladıqları “İJ” və “TOZ-63” markalı tüfəngləri könüllü olaraq Şəmkir Rayon Polis Şöbəsinə təhvil veriblər.

Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat üzrə 1 ədəd RQD-5 qumbarası, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngini təhvil götürüblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu