DSX: Ötən ay 149 kq narkоtik dövriyyədən çıxarılıb


Ötən ay dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib.



AFN.az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 149 kiloqram 510 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 13145 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata kеçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 574 min 176 manat оlan qaçaqmal, о cümlədən narkotik vasitə, “BERETTA” markalı tapança, gecəgörmə cahazı, dərman preparatları, mobil telefon, qədim dövrə aid ehtimal olunan metal sikkələr, spirtli içki və tütün məmulatları saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu