Bakıda musiqi alətləri mağazasından oğurluğa cəhd olub


Bakıda musiqi alətləri mağazasından oğurluğa cəhd olub.



Bu barədə AFN.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 1-də gecə saatlarında Binəqədi rayonu ərazisində yerləşən qorunan musiqi alətləri mağazasından Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılaraq 40-cı Polis Bölməsinə təhvil verilib. Onun Qubadlı rayon sakini T.Ələsgərov olması məlum olub.

Araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu