Tarixdə ilk dəfə ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə qadın gəlib
ABŞ Senatı ölkə tarixində ilk dəfə olaraq Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə qadını - admiral Liza Françettini təyin edib.
"Reuters" xəbər verir ki, o, həm də Birləşmiş Ştatlarda Birləşmiş Qərargah Rəislərində xidmət edən ilk qadın olub.
General Devid Elvin ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib. Hər iki hərbçinin namizədliyini 95 senator dəstəkləyib, 1-i əleyhinə çıxıb.
İyulun 21-də ABŞ prezidenti Co Bayden tarixdə ABŞ Hərbi Dəniz Qüvvələrində dördulduzlu admiral rütbəsinə yüksələn ikinci qadın olduğu üçün Françettinin namizədliyini irəli sürüb.