HƏMAS-ın İsrailə hücumu nəticəsində ölən Fransa vətəndaşlarının sayı 40-a çatıb


HƏMAS-ın İsrailə hücumu nəticəsində ölən Fransa vətəndaşlarının sayı 40-a çatıb.



AFN.az xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.

Bildirilib ki, HƏMAS-ın İsrailə terror hücumu nəticəsində 35 Fransa vətəndaşı ölüb.

Fransa XİN-in məlumatına görə, 9 Fransa vətəndaşı hələ də itkin düşmüş hesab olunur, onlardan bəziləri HƏMAS tərəfindən girov götürülüb.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini söyləyib və ölkəsinin qələbə qazanacağını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu