Masallı sakini tüfənglə özünə xəsarət yetirib


Masallı rayonu Köçəkli kənd sakini Muradov Əli Ağabala oğlunun ov tüfəngi ilə ehtiyatsız davrandığına görə xəsarət alması ilə bağlı polisə məlumat daxil olub



DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AFN.az-a verilən məlumata görə, noyabrın 7-də saat 10 radələrində Masallı rayon Köçəkli kənd sakini Muradov Əli Ağabala oğlunun ov tüfəngi ilə ehtiyatsız davrandığına görə xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Həmin şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu