Xankəndidəki paradda ermənilərdən hərbi qənimət kimi götürülən tank və texnikalar nümayiş etdirilib - FOTOLAR


Xankəndi şəhərində keçirilən paradda vaxtilə Azərbaycan ərazilərdə qanunsuz yerləşdirilən erməni silahlı birləşmələrindən qənimət kimi götürülən tanklar və texnikalar nümayiş etdirilib.



AFN.az-ın xəbərinə görə, həmin tanklar və texnikalar Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib və tribunanın önündən keçib.

Qeyd edək ki, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu