Quterreş: BMT sülhməramlı qüvvələrinin Qəzza zolağına yeridilməsi məsələsi müzakirə olunmayıb

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, Qəzza zolağına BMT sülhməramlı qüvvələrinin yeridilməsi imkanlarını müzakirə etmək hələ tezdir.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Baş katib İsraillə BMT sülhməramlı qüvvələrinin tətbiqi imkanlarını müzakirə edib-etmədiyi ilə bağlı sualı cavablandırarkən deyib: “Bu məsələni ancaq üzv ölkələr həll edə bilər. Bu müzakirə olunmadı. Və mən hesab edirəm ki, bu cür müzakirələrin aparılması hələ tezdir”.