Zeynəb Kazımovaya yeni vəzifə verildi


Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) yeni mətbuat katibi təyin edilib.



AFN.az "Report"a istinadən xəbər verir ki, bu, Zeynəb Kazımovadır.

O, bundan əvvəl Bakı Slavyan Universitetinin Mətbuat və informasiya mərkəzinin müdiri olub.

AERA ölkə Prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında yaradılıb, publik hüquqi şəxsdir. Agentlik İdarə Heyətindən, eləcə də Aparatına daxil olan departament, şöbə, sektor, habelə filiallardan ibarət tərkibdə fəaliyyət göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu