İki rayonun qaz təchizatında fasilə yaranacaq


SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Alatava QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərinin 0-cı km-də quraşdırılmış siyirtmənin görüləcək təmir işləri ilə əlaqədar, 13.11.2023-cü il tarixdə saat 14:00-dan işlər başa çatanadək “Alatava” QPS-dən qidalanan “Tbilisi prospekti” və “Mikrorayon” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.



Bu barədə AFN.az-a “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Binəqədi və Nəsimi rayonlarının bir hissəsinin (Binəqədi rayonu, 6, 8, 9-cu mikrorayonlar, Xutor qəsəbəsi, Vorovski yaşayış massivində, Biləcəri qəsəbəsinin bir hissəsində, Natavan, Qabil Süleymanov, Rəşid İsmayılov, Yəhya Hüseynov, Şevçenko və Tolstoy küçələri ətrafında, Motodrom yaşayış massivi ərazisində, Nəsimi rayonu, 1, 2, 3, 4-cü mikrorayonlar, 1 və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov, H.Əliyev prospektləri) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu