Messi Matias Oliveranı boğazladı


Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvayla oyun zamanı kütləvi davada iştirak edib.



Bu barədə Lenta.ru-nun müxbiri məlumat verib.

Hadisə görüşün 20-ci dəqiqəsində baş verib. Argentinalı əvvəlcə uruqvaylı müdafiəçi Matias Oliveranı dirsəyi ilə sinəsindən itələyib, daha sonra əli ilə boğazından tutub. Eyni zamanda hakim Messini cəzalandırmamaq qərarına gəlib.

Oyun 2:0 hesabı ilə Uruqvayın xeyrinə başa çatıb.

Məğlubiyyətə baxmayaraq Argentina millisi 12 xalla Cənubi Amerikanın seçmə zonasının turnir cədvəlində birinci yeri qoruyub. Uruqvayın 10 xalı var və ikinci yerdədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu