Pentaqon Ukrayna Silahlı Qüvvələrinin qışda döyüş əməliyyatları aparmaq qabiliyyəti haqda


ABŞ müdafiə naziri Lloyd Ostin Ukrayna Silahlı Qüvvələrinin (AFU) qışda döyüş əməliyyatları aparmaq imkanlarını qiymətləndirərkən qeyd edib ki, bunun üçün onlarda bütün lazımi resurslar var.


Kiyevə səfər edən Pentaqon rəhbəri vurğulayıb ki, Ukrayna bu qış döyüş meydanında uğur qazanmaq üçün bütün lazımi vasitələrə malikdir. Onun sözlərinə görə, Vladimir Zelenski haqlıdır ki, ölkə hərbi əməliyyatları davam etdirməlidir.

Bundan əvvəl Ostin Ukraynaya 100 milyon dollar məbləğində yeni hərbi yardım paketini açıqlamışdı. Onun sözlərinə görə, Kiyev üçün yeni yardım paketinə artilleriya üçün döyüş sursatları, həmçinin hava hücumundan müdafiə vasitələri daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu