Ağrı dağının zirvəsində linza buludu görüntülənib
Türkiyənin ən hündür nöqtəsi olan Ağrı dağının qarlı zirvəsini əhatə edən "şapka" formalı linza buludu görüntülənib.
Hündürlüyü 5 min 137 metr olan Ağrı dağı bütün Türkiyəyə yağan qar səbəbindən zirvəsindən dağətəyinə qədər ağ örtüklə örtülüb.
İran, Naxçıvan və Ermənistan sərhəddində yerləşən dağın zirvəsini xalq arasında “şapka” adlandırılan linza buludu əhatə edib.
Dağın zirvəsində bir müddət belə qalan bulud həvəskar və peşəkar fotoqraflar və vətəndaşlar tərəfindən mobil telefonlarla çəkilib.