Bakıda inşaat materialları bazarındakı yanğın Poladəritmə zavodunu işıqsız qoyub


Bakıda inşaat materialları bazarında yanğın baş verən ərazidə elektrik xətləri ziyan gördüyü üçün Poladəritmə zavoduna elektrik enerjisinin verilməsi dayanıb.


Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Ərazidəki elektrik xətlərinə ziyan dəyib. Elektrik dirəklərində qəzalı vəziyyət yaranıb.

Qeyd edək ki, səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu