Türkiyədə oğurluq etdi, Azərbaycanda saxlanıldı


Azərbaycanda saxlanılan Türkiyə vətəndaşı ekstradisiya edilib.


Baş Prokurorluqdan AFN.az-a verilən məlumata görə, Türkiyədə bank kartından istifadə etməklə oğurluq əməlini törətməkdə təqsirləndirilərək 2020-ci ildə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, beynəlxalq axtarışda olan, Türkiyə vətəndaşı, 1986-cı il təvəllüdlü Mehmet Yavuz İncesu cari ilin avqust ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkumun verilməsinə dair Sivas Cümhuriyyət Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Ekstradisiya haqqında” Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu