Azərbaycanda bu travmatoloqu qadağa gözləyir
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu məhkəməyə verilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 Saylı Ərazi Vergilər İdarəsi Ruindej Rişad Tufan oğlu ilə bağlı məhkəməyə müraciət edib.
Məhkəmə işinin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə xüsusi icraatdır.
İşə hakim Günay Namazovanın sədrliyi ilə baxılacaq.