Keçmiş direktor müavini TƏBİB-i məhkəməyə verdi


Respublika Uşaq Klinik Xəstəxanasının keçmiş direktor müavini Nərgiz Ələsgərli Tibbi Ərazi Bölmələrini İdaəetmə Birliyini (TƏBİB) məhkəməyə verib.



AFN.az xəbər verir ki, Nərgiz Ələsgərlinin iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Vüsalə Musayeva iş üzrə hakim təyin edilib. Nərgiz Ələsgərlinin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.

Məlumatlara görə, Nərgiz Ələsgərli bu ilin oktyabrında işdən çıxarılıb. O, TƏBİB rəhbərliyinin bu qərarını qanunsuz hesab etdiyindən məhkəməyə üz tutub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu