Şri-Lankada gəzinti zamanı qapalı qalan 180 tələbə xilas edilib


Şri-Lankanın Kandi yaxınlığındakı Hanthana dağ silsiləsində gəzinti zamanı qapalı qalan 180 tələbə xilas edilib.



Sinxua agentliyinin xəbərinə görə, Kandi şəhər polisi məsələ ilə bağlı açıqlama verib.

Polis ölkənin qərbindəki Raqama şəhərindəki Kelaniya Universitetinin tələbələrinin dünən Hanthana dağ silsiləsində gəzintiyə çıxdığını bildirib.

Bölgədə duman və yağış səbəbiylə tələbələrin geri yollarını itirdiklərini bildirən polis, səylər nəticəsində qapalı qalan 180 tələbənin polis və əsgərlər tərəfindən xilas edildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu