Tokioda taksi sürücüsü göyərçini qəsdən əzib öldürdüyünə görə həbs edilib


Yaponiyanın paytaxtı Tokioda yoldakı göyərçinlərə qəzəblənən taksi sürücüsü bir göyərçini qəsdən əzib öldürdüyü üçün həbs edilib.



Dövlət televiziyası NHK-nın xəbərinə görə, ötən ay Şinjuku bölgəsində işıqforda gözləyən taksi sürücüsü Ozawa Atsushi işıq yaşıl yanan zaman avtomobilini göyərçinlərin olduğu yerə sürüb.

Maşını saatda təxminən 60 kilometr sürətlə göyərçinlərin iüstünə sürən Ozava bir göyərçini öldürərək hadisə yerindən qaçıb.

Yaxınlıqdakı piyadaların xəbəri ilə hadisə yerinə sövq edilən polis hadisənin səbəbini araşdırıb. Göyərçin üzərində aparılan yarılmada ölüm səbəbinin “travmatik şok” olduğu qeyd edilib. Məlum olub ki, işıqda gözləyən taksi sürücüsü qəfil sürəti artıraraq maşını göyərçinlərin arasına sürüb.

İstintaqda peşəsi sürücülük olan peşəkar sürücünün avtomobili qəsdən sürətləndirərək, göyərçinlərə tərəf yönəltdiyi və bu hərəkətin “son dərəcə qərəzli” olduğu bildirilib.

Polisin sorğusu zamanı törətdiyi cinayəti etiraf edən Ozavanın "Yol insanlara məxsusdur və quşlar yoldan uzaq durmalıdır" dediyi bildirilib.

Sürücü, 50 yaşlı Ozava keçən həftə sonu göyərçini qəsdən öldürmək və vəhşi təbiətin mühafizəsi qanununu pozmaq ittihamı ilə həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu