Tikinti şirkəti ilə bağlı məhkəmə - 280-dən çox şəxsə dəyən böyük ziyan


Tikinti şirkəti - “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxsləri barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında onların anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 20-nə təyin olunub.

Qeyd edək ki, iş üzrə təqsirləndirilən şəxs qismində “İnşaat Konstruksiyaları” MMC-nin sahibi Rauf Əliyev, yaxın qohumu Rəsul Əhmədov və Zahir Nəcəfov istintaqa cəlb ediliblər. Onlar rəhbərlik etdikləri şirkətlərdə vətəndaşları aldatmaqda, mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz satmaqla, əldə edilmiş pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan olunub. İş üzrə 9 milyon manat ziyan vurulub, 280-dən çox şəxs zərərçəkmiş kimi tanınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu