Vanuatuda güclü zəlzələ baş verib


Sakit okeandakı ada ölkələrindən biri olan Vanuatuda çox güclü zəlzələ baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.



ABŞ Geoloji Xidməti (USGS) episentri Vanuatunun İzangel şəhərində olan zəlzələnin maqnitudasını əvvəlcə 7,3 olaraq açıqlasa da, sonradan onu 7,1 bal gücündə yeniləyib.

Şəhərdən 123 kilometr cənubda, 48,4 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Zəlzələdə can və ya mal itkisinin olub-olmadığı hələlik məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu