Gəncə terrorunun zərərçəkəni onu xilas edən oğlanla evləndi - FOTOLAR


Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nikah mərasimi olub.


Bu barədə aparıcı Lalə Azərtaş instaqram hesabında bildirib.

Sevilin ailə qurduğu gənc onu terror hadisəsi yaşanan gecə dağıntılar altından çıxaran Talış adlı şəxsdir. O həm də Sevilin sinif yoldaşı olub.

Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu