Bu gün “Qarabağ”ın rəqibi bəlli olacaq
Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olacaq.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq.
Fevralın 15-i və 22-nə nəzərdə tutulan oyunlarda “Qarabağ”ın ilk matçı səfərdə keçiriləcək.
Qeyd edək ki, “Qarabağ”ın potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Şaxtyor” (Ukrayna), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz”dur (İsveçrə).