İtaliyada mafiyadan müsadirə edilən 6 mərtəbəli bina partladılıb


İtaliya hakimiyyəti “Ndrangheta” mafiya qrupundan müsadirə edilmiş altı mərtəbəli evi məhv edib.


"la Repubblica" yazır ki, bina partladılma yol ilə məhv edilib. Bunun üçün təxminən 400 kiloqram trotil sərf edilib.

Kalabriyanın cənub bölgəsindəki altı mərtəbəli ev mebel fabriki kimi istifadə olunurmuş. 2008-ci ildə Azad Meydan əməliyyatı çərçivəsində mafiyadan müsadirə edilib.

2012-ci ildə bina dövlət mülkiyyətinə verilib, indiyədək istifadə olunmayıb. Ötən il məmurlar binanı söküb yerində qoşqu parkı salmaq qərarına gəliblər.

Bu arada İtaliyada ən böyük mafiya məhkəmələrindən biri başa çatıb. Məhkəmə ölkənin ən güclü və varlı cinayət sindikatı olan “Ndrangheta”ya üzv olmaqda və ya əməkdaşlıqda ittiham olunan 200-dən çox adamın mühakimə olunması ilə nəticələnib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu