Azərbaycanda ən çox erkən nikah bu rayonlardadır - RƏSMİ


“Qarabağ iqtisadi rayonunda (11 erkən evlilik), Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən evlilik) iqtisadi rayonlarının göstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktı müəyyən edilib”.


Ölkə.Az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova bildirib.

“Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılmış, üzrlü səbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib. Qazax-Tovuz (59) və Mərkəzi Aran (40) rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyil olduğunu göstərir", - komitə sədri qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu