Pərviz Bülbülənin adından SAXTAKARLIQ edildi


Meyxanaçı Pərviz Bülbülənin adından saxtakarlığa yol verilib.


Ölkə.az-ın xəbərinə görə, bu barədə meyxanaçı özü Instagram səhifəsində məlumat verib.
O qeyd edib ki, "Facebook" sosial şəbəkəsində adına saxta səhifələr açılaraq siyasi mövzularda təbliğat aparılır.

"Mənim "Facebook" sosial şəbəkəsində səhifəm yoxdur. Orda adıma saxta hesablar açılaraq, siyasi mövzularda statuslar yazırlar. O mən deyiləm, orada yazılanlara inanmayın, hamısı saxtakar adamlardır. Bunu bilin! Mən siyasi mövzulara qarışmıram. "Facebook" istifadəçisi də deyiləm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu