Naxçıvanda yeni nazir müavini təyin edilib
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.
Sərəncama əsasən, Aqil Qəribov nazir müavini vəzifəsinə təyinat alıb.
Aqil Qəribov bu gün nazirlik əməkdaşlarına təqdim olunub.
Qeyd edək ki, Aqil Qəribov bu vəzifəyə qədər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin aparat rəhbəri kimi çalışıb.