Taleh Kazımova müşavir təyin olundu


Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinə yeni müşavir təyin edilib.


Bu barədə qurumdan bildirilib.

Bildirilib ki, Rəşad Məsim oğlu Məmmədov Mərkəzi Bankın sədrinin yeni müşaviri təyin edilib.

Qeyd edək ki, R.Məmmədov 1982-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 2001-ci ilin oktyabr ayından “Most-Bank Azərbaycan” BSKB-nın Maliyyə departamentində mütəxəssis vəzifəsi ilə başlayıb. 2003-2005-ci illərdə “Bank Standard” QSC-də, 2005-ci ilin noyabr ayından fəaliyyətini “Turanbank” ASC-də, 2009-2010-cu illərdə “Rabitəbank” ASC-də, 2015-2017-ci illərdə “Paşa Bank” ASC-də çalışıb.

Ailəlidir, iki övladı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu