Azərbaycanda stadionda işıq dirəyi aşdı, oyun dayandı
Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun gedişində işıq dirəklərindən biri aşıb.
“Report”un məlumatına görə, hadisə qarşılaşmanın 82-ci dəqiqəsində baş verib.
Meydan sahibləri hesabda 2:1 öndə olarkən güclü küləyin təsirindən işıq dirəyi qırılıb və nəticədə qarşılaşma yarımçıq dayandırılıb. Hakimlər və komandalar meydançanı tərk ediblər.
Görüşün təxirə salınması gözlənilir.