Laura Linç dünyasını dəyişdi


ABŞ-ın dünya səviyyəsində pərəstişkarı olan məşhur musiqi qruplarından biri olan "The Dixie Chicks"in vokalisti və bas gitaraçısı Laura Linç vəfat edib.



64 yaşlı musiqiçinin yol qəzası keçirərək qarşıdan gələn avtomobillə baş-başa toqquşduğu öyrənilib. Linçinin El Paso xaricindəki magistral yolda bir gün əvvəl baş verən qəzadan sonra hadisə yerində öldüyü bildirilib.

Digər avtomobilin sürücüsünün həyati təhlükəsi olmadığı qeyd edilib.

Qeyd edək ki, Laura Linç 1990-cı ildə Robin Lynn Macy, Martie Ervin və Emily Ervin ilə Amerikanın məşhur "The Dixie Chicks" musiqi qrupunu yaradıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu