Naxçıvan ciddi su qıtlığı ilə üzləşib
"Naxçıvan Muxtar Respublikasının ən ağrılı sahələrindən biri bu gün su təsərrüffatları ilə bağlıdır. Naxçıvan ümumilikdə Qafqazda ən az su alan ərazidir. Yəni Qafqazın su resurslarının 80 faizi qonşu dövlətlərdədir. 20 faizin içində də ən az su ehtiyatı olan ərazi məhz Naxçıvan Muxtar Respublikasıdır”.
AFN.az xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
O, Naxçıvanda suyun qıt olduğunu bildirib: "Naxçıvan ərazisi cəmi 3 çayın su ehtiyatından istifadə oedə bilir. Birincisi Araz çayıdır ki, sərhəddə yerləşir. Bu səbəbdən təkbaşına istifadə edə bilmirik. İkincisi Arpaçayıdır. Bu çay öz mənbəyini Ermənistan ərazisindən götürür. Üçüncüsü Naxçıvan çaydır ki, bunun da suyu o qədər çox deyil. Araz çayının üzərində tikilmiş su anbarının 50 faizindən istifadə edə bilirik. Onun həcmi 1 milyard 200 milyon kubmetr olsa da, bu gün oradakı suyun həcmi 400 milyon kubmetrdir. Arpaçayda bu rəqəm 150 milyon kubmetrə qarşı 40-46 milyon kubmetrdir.
Naxçıvan çayı üzərində Heydər Əliyev su anbarı 90 milyon kubmetr su tutur. Oradakı suyun səviyyəsi isə hazırda 800 milyon kubmetrdir. Düşünün ki, 800 milyon kubmetr su bir il ərzində Naxçıvan şəhərinin əhalisinin su ilə təmin etməyə ancaq yetir. Həm Kəngərli, həm Babək rayonu təsərrüfat sahəsi də suvarma suyunu məhz həmin anbarlardan alır. Su olduqca qıtdır. Bunun formalaşdırma yolları, mənbələri var. Çox təəssüf ki, yağıntılar istədiymiz səviyyədə deyil. Yağıntı az olarsa və belə davam edərsə, bu, yayın həddindən artıq ağrılı vəziyyətdə keçəcəyinin xəbərdarlığıdır”.
FƏXRİYYƏ