Faiq Qarayev yenidən Azərbaycan yığmasının baş məşqçisi oldu


Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisinin adı dəqiqləşib.


AFN.az “İdman.biz”ə istinadən xəbər verir ki, yığmamız yenidən təcrübəli mütəxəssis Faiq Qarayevə həvalə edilib.

Azərbaycan Voleybol Federasiyasında vitse-prezident postunu tutan 64 yaşlı mütəxəssisin köhnə-yeni işində ilk sınağı Qızıl Avropa Liqasına təsadüf edəcək.

Müxtəlif vaxtlarda millinin baş məşqçisi olan Qarayev son olaraq komandamızı Yaponiyada keçirilən DÇ-2018-ə aparıb. Yığmada sonuncu dəfə bu vəzifəni isə türkiyəli Ataman Güneyligil icra edib. AÇ-2023-də uğursuz çıxış səbəbindən onunla müqavilə artırılmayıb.

Qeyd edək ki, onun təqdimatı dekabrın 27-də olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu