HƏMAS İran komandirinin "Əqsa tufanı Süleymaninin qətlinin qisasıdır" bəyanatını təkzib edib


HƏMAS İran İnqilabı Keşikçiləri Korpusunun sözçünün “Oktyabrın 7-də Əl-Əqsa tufanı iranlı general Qasım Süleymaninin öldürülməsinin qisaslarından biri olub” açıqlamasını təkzib edib.


Qrupun açıqlamasında İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü briqada generalı Ramazan Şərifin iddiasına cavab verilib. Bildirilib ki, HƏMAS Ramazan Şərifin açıqlamalarının doğruluğunu təkzib edir.

Bəyanatda, Əl-Əqsa tufanının səbəblərinin daha əvvəl də dəfələrlə vurğulandığı kimi, Məscidül-Əqsaya yönəlik təhdidlərin birinci olduğu bildirilib. “Bütün proseslər sionist işğalına və onun xalqımıza və müqəddəs yerlərimizə qarşı davam edən təcavüzünə cavab olaraq baş verdi" - deyə açıqlamada qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu