Bakıda məşhur özəl klinikaların külli miqdarda borcu yaranıb - SİYAHI


Bakıda fəaliyyət göstərən bir sıra özəl klinikaların İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə vergi borcu yaranıb.


AFN.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, qanuni təmsilçisi Sərdar Seyidov Ağamir oğlu olan, Çobanzadə küçəsi 24/05 ünvanında yerləşən "Nigar" klinikasının Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 51236.77 manat vergi borcu var. Klinikanın təsisçisi ixtisasca həkim olan iş adamı Şahbaz Şahbazovdur.



Həmçinin digər tanınmış klinikaların da Dövlət Vergi Xidmətinə borcu var:

* "Hi-fi Stomatologi Klinika" MMC - 19617.89 manat
* "Loğman Klinikası" MMC - 2628.48 manat
* "Hind Klinikası" MMC - 5641.44 manat
* Tibb Universitetinin Tədris Stomatoloji Klinikası - 6524.04 manat
* "El Amor Estetik Klinika" MMC - 2230.80 manat
* "Lb Clinic" MMC - 6513.13 manat
* "Modern Clinic Chen" MMC - 1692.87 manat
* "Caspian Medical"MMC - 7484.37 manat



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu