"Range Rover" sürücüsü xanıma hücum çəkdi: Deputat cəzalanmaması üçün xahiş edib?


Bakıda xanım sürücüyə hücum edən 99 XZ 357 dövlət nömrə nişanlı "Range Rover" sürücüsü barədə məhkəmə qərar verib.


Hadisə 9 dekabr 2023-cü ıl tarixdə, saat 16.20 radələrındə Yasamal rayonunun ərazisində baş verib.

Belə ki, İ.Abbasova adlı xanım sürücü avtomobilini park etmək istəyərkən "Range Rover" sürücüsü Z.Paşayev tərəfindən hücuma məruz qaldığını iddia edib. O, deyib ki, parking zamanı "Range Rover" sürücüsü avtomobildən düşərək onun maşınına yaxınlaşıb. Z.Paşayev avtomobilin şüşəsini əsəbi halda döyəcləyərək, onu küçə söyüşləri ilə təhqir edib.

İ.Abbasova ona hücum edən sürücü barəsində Yasamal Rayon Polis İdarəsinin 29 saylı Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Z.Paşayev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək, iş məhkəmə göndərilib.



Məhkəmədə bildirilib ki, İ.Abbasovadan Milli Məclisin deputatı Ülvi müəllimin adından şikayətini geri götürməsi, onun barəsində heç bir tədbir görülməsi barədə xahiş edilib.

Lakin hücuma məruz qalan xanım Z.Paşayev ondan üzür istəmədiyi şikayət etməkdə qərarlı olduğunu bildirib və onun barəsində tərtib olunan protokoldan da narazı qaldığını deyib:

"Protokol ümumiyyətlə İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla tərtib edilib. Onun törətdiyi əməl ümumiyyətlə təsvir edilməyib, protokolun təsviri hissəsində bir cümlə ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərinin pozulması əks olunmayıb. Ona görə də sözügedən protokol ləğv edilib, təqsirləndirilən şəxsə cinayyət işi açılmalıdır".

Z.Paşayev bildirib ki, barəsində şikayət edən xanım sürücü yolun kənarında avtomobilini düzgün park etmədiyindən təhlükə yaradıb və bu zaman ona yaxınlaşaraq öz iradlarını bildirib. Eyni zamanda qeyd edib ki, İ.Abbasovanı təhqir etməyib və söyüş söyməyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 50 manat məbləğində cərimə olunmasına dair Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin inzibati tənbeh vermə haqqında qərarı ləğv edilib. Z.Paşayev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən araşdırılması üçün Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə göndərilib.

Qaynarinfo sözügedən məsələdə adı hallanan deputat Ülvi Quliyevin köməkçisi Nurlan Qurbanovla əlaqə saxlayıb. Nurlan Qurbanov deputatın heç kimdən bu hadisə ilə bağlı xahiş etmədiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu