ABŞ-ın dövlət borcu 34 trilyon dolları keçib
Amerika Birləşmiş Ştatlarının dövlət borcu 34 trilyon dollar həddini keçib.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.
Xəbərin yazıldığı vaxt bu göstəricinin dəyəri 34 001 493 655 565 dollar 48 sent təşkil edib. 2023-cü ildə Amerikanın dövlət borcu 4 trilyon dollardan çox artıb.
Oktyabrda qiymətli kağızlara investisiyaları 1,09 trilyon dollara çatan ABŞ dövlət istiqrazlarına investisiyaların həcminə görə Yaponiya liderliyi qoruyub saxladı. İkinci yerdə böyük geriləmə ilə Çin 769,6 milyard göstərici ilə, ilk 3-lüyə Böyük Britaniya (693 milyard) qapadılıb.