Fatih Altaylının ölkədən çıxışına qadağa qoyulub


Türkiyəli tanınmış jurnalist Fatih Altaylının ölkədən çıxışına qadağa qoyulub.


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” yayıb.

Məlumata görə, jurnalist barəsində sosial şəbəkələrdə etdiyi paylaşımlara görə araşdırma başladılıb. O, bəzi paylaşımlarında “cinayəti və cinayətkarı tərif etmək” və “xalqın bir hissəsini nifrət və düşmənçiliyə təhrik etmək və alçaltmaq” ittihamları ilə şübhəli şəxs qismində ifadə verməyə çağırılıb.

F.Altaylı ifadə verdikdən sonra hakim qarşısına çıxarılıb və ölkədən çıxışına qadağa qoyularaq sərbəst buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu