Zahid Oruc STM-dəki fəaliyyətini dayandırdı


Azərbaycan Respublikası prezidentliyinə namizədliyi qeydə alınan Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri vəzifəsi üzrə vəzifələrinin icrasını dayandırıb.


Bu barədə STM-dən məlumat verilib.

Qeyd olunub ki, Mərkəzi Seçki Komissiyasının yanvarın 6-dakı qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Məhərrəm oğlu Oruc namizəd kimi qeydə alınıb.

Yanvarın 7-dən Seçki Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə uyğun olaraq, Prezident seçkilərində namizədliyi qeydə alınmış Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzi Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsi üzrə xidməti vəzifələrinin icrası ödənişsiz məzuniyyətə göndərilməklə müvəqqəti dayandırıb.

Zahid Oruc Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsaslanaraq və Əmək Məcəlləsinin 130-cu maddəsinə uyğun olaraq qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üzrə ödənişsiz məzuniyyət götürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu