Polkovnik bu universitetə rektor təyin edildi
Milli Müdafiə Universitetinə yeni rektor təyin edilib.
Bu barədə müvafiq Sərəncam imzalanıb.
Sərəncama əsasən, bu vəzifəyə polkovnik Gündüz Əbdülov təyin edilib.
Qeyd edək ki, Milli Müdafiə Universitetinin rəhbəri Heydər Piriyev vəzifəsindən azad edilib.
Gündüz Əbdülov əvvəl Qarabağ Regional Təhsil İdarəsinin rəisi olub. O, bir müddət əvvəl Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.