XİN rəsmisindən Aİ səfirinə CAVAB


Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Ayxan Hacızadə Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonun Azərbaycanda məhkəmələrlə bağlı etdiyi paylaşımına münasibət bildirib.


A.Hacızadə bununla bağlı “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, Azərbaycanın məhkəmə sistemi ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulub və ona müdaxilə qəbuledilməzdir: “Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir. Yaxşı olardı ki, səfir bəzi Avropa İttifaqı ölkələrinin məhkəmə sistemlərində ədalətin olmamasına və pis rəftara diqqət yetirsin”.

Qeyd edək ki, Peter Mixalko “X” hesabında Azərbaycanda jurnalist həbsləri ilə bağlı paylaşım edib:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu