Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq müzakirə olundu


Müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


AFN.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüş zamanı Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Tərəflər hərbi-texniki sahədə maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu