Hərbi cinayətlərin sayı azalıb


2022-ci illə müqayisədə ötən il hərbi xidmət əleyhinə olan cinayətlər 24,2% azalıb.


Bu haqda Həbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.

Baş prokuror Kamran Əliyev və Hərbi prokuror Xanlar Vəliyevin rəhbərliyi ilə keçirilən iclasda statistik məlumatlar açıqlanıb.

Statistikaya görə, 2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 40 %; özünü öldürmə həddinə çatdırma cinayətləri 9,1 %; tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 12,9 %; əmri icra etməmə cinayətləri 66,7 %; hərbi xidmətdən yayınma cinayətləri 33,7 %; hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 37,9 %; maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 26,1% və xuliqanlıq cinayətləri 16,7 % azalıb.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev, prokurorluq orqanları əməkdaşlarının Ulu Öndər Heydər Əliyevin millətimizin və dövlətimizin maraqlarına xidmət edən müdrik siyasətinin möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edəcəklərini, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu