Tanınmış jurnalist Xəzər TV-dən getdi


Tanınmış jurnalist Ülkər Qasımova “Xəzər” Televiziyasının ictimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri vəzifəsindən istefa verib.


O bu barədə sosial media hesabında məlumat verib:

“Əziz dostlar və həmkarlar, mən Xəzər Media Mərkəzindəki fəaliyyətimə fasilə vermək qərarına gəldim. Fəaliyyətim dövründə mənim “Xəzər”ə, "Xəzər"insə mənə xeyir verdiyinə əminəm. Müzakirələrin fonunda olunan müqayisələr görülən işlərin, münasibətlərin çəkisini göstərir. Yəni müqayisələr insanın fəaliyyətinin və gördüyü işlərin tərəzisi olur. Əsas odur ki, görülən işlər, çəkilən zəhmətlər, düşünən beyinlər, yanan ürəklər izafi xərc olmasın!”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu