FHN "Ömür" klinikasında rentgen kabinetinin fəaliyyətini dayandırdı - VİDEO+FOTOLAR


Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “ÖMÜR” klinikasında yoxlama keçirib.


Nazirlikdən AFN.az-a verilən məlumata görə, keçirilmiş planlı yoxlama zamanı rentgenoqrafiya avadanlığının qeydiyyatda olmadığı, həmçinin ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün müvafiq icazənin olmadığı müəyyən edilib.

Aşkar edilmiş pozuntularla əlaqədar Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan klinikada rentgen kabinetinin fəaliyyəti dayandırılıb.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu