"Şirvan Araz zavodu" MMC-də ötən il də partlayış baş vermişdi - cinayət işi açılmışdı


Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Şirvan Araz zavodu MMC-də partlayış baş verib.


İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin - 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir.

AFN.az xatırladır ki, həmin zavodda ötən ilin iyul ayında da partlayış baş verib. Hadisədə bir nəfər ölüb, bir nəfər yaralanıb. Belə ki, iyulun 24-də adıçəkilən zavodda sursat partlayışı nəticəsində 1966-cı il təvəllüdlü Mehman Əhmədov həyatını itirib, 1978-ci il təvəllüdlü Səbinə Şəkərova isə xəsarət alıb.

Maraqlıdır ki, həmin hadisə ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılması haqda məlumat verilmişdi. Ötən müddət ərzində cinayət işinin nəticəsi haqda ictimaiyyətə heç bir açıqlama verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu