Sumqayıtda bu xüsusi məktəbdə problemlər hələ də qalır


İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Elm və Təhsil Nazirliyinin internat tipli təhsil müəssisələrinə, Sumqayıt şəhər internat tipli gimnaziyaya və Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbə başçəkmə keçirilib.


Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, başçəkmələr zamanı bu müəssisələrdə rəftar məsələləri və mövcud şərait araşdırılıb, keçirilmiş əvvəlki monitorinqlər üzrə verilmiş tövsiyələrin icrası vəziyyəti, sənədləşmə yerində yoxlanılıb, həmin müəssisələrin əməkdaşları və uşaqlarla söhbət aparılıb.

Sumqayıt şəhər internat tipli gimnaziyada əvvəllər qeyd alınan bir sıra nöqsanın aradan qaldırıldığı, lakin yataqxananın əsaslı təmir edilməsinə ehtiyacın olduğu müşahidə edilib. MPQ üzvləri rəftar məsələlərinin öyrənilməsi məqsədilə uşaqlarla görüşüb, onlarla konfidensial söhbətlər aparıb.

Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə isə, əvvəlki başçəkmə zamanı müəyyən edilən bəzi problemlərin hələ də qaldığı, müəssisədə pandusların quraşdırılması və havalandırma sisteminin təşkilinin təmin olunmadığı müşahidə edilib.

Başçəkmələrin nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət ediləcək.

Qeyd edək ki, bundan əvvəl də Ombudsman tərəfindən sözügedən məktəblərə başçəkmə həyata keçirilmiş, nöqsanlar aşkarlanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu